cümə 18 aprel 2025 - 23:07
Ərəbistan Kralının məktubu Ali Məqamlı Rəhbərə təqdim olundu

Hövzə/Səudiyyə Ərəbistanının müdafiə naziri bu gün İslam İnqilabının Ali Rəhbəri ilə görüşdə bu ölkə Kralının məktubunu həzrət Ayətullah Xameneiyə təqdim edib.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanının Müdafiə naziri Xalid bin Salman bu gün  İslam İnqilabının Ali Rəhbəri ilə görüşdə bu ölkə Kralının məktubunu həzrət Ayətullah Xameneiyə təqdim edib.

İslam İnqilabının Ali Rəhbəri bu görüşdə vurğulayıb:
“Biz inanırıq ki, İran İslam Respublikası ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin qurulması hər iki ölkə üçün faydalı olacaq və bu iki ölkə bir-birini tamamlaya bilər.”

Həzrət Ayətullah Xamenei iki ölkə arasında əlaqələrin genişlənməsini  istəməyən düşmənlərin olduğunu bildirərək deyib: Bu düşmənçilik motivlərinə qalib gəlmək lazımdır və biz buna hazırıq.

Ali Məqamlı Rəhbər İranın bəzi sahələrdə əldə etdiyi nailiyyətlərə işarə edərək bildirib:
İran İslam Respublikası bu sahələrdə Səudiyyə Ərəbistanına yardım etməyə hazırdır.

İslam İnqilabının Ali Rəhbəri vurğulayıb: Bölgədəki qardaşların bir-birilə əməkdaşlıq etmələri və bir-birinə kömək etmələri başqalarına güvənməkdən daha yaxşıdır.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-mayor Baqirinin də iştirak etdiyi bu görüşdə Səudiyyə Ərəbistanının Müdafiə naziri Xalid bin Salman bu görüşdən böyük məmnunluğunu ifadə edərək deyib: Mən Tehrana İranla əlaqələrin genişləndirilməsi və bütün sahələrdə əməkdaşlıq məqsədi ilə gəlmişəm və ümid edirik ki, baş tutan konstruktiv müzakirələr Səudiyyə Ərəbistanı ilə İran İslam Respublikası arasında keçmişdə olduğundan daha möhkəm əlaqələri təmin edəcək.

Mətnin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha